cümə axşamı 19 sentyabr 2024
Onun matçını izləmək üçün vətəndaş müharibəsində iki günlük atəşkəs elan olundu... Pelenin unudulmaz karyerası
Onun matçını izləmək üçün vətəndaş müharibəsində iki günlük atəşkəs elan olundu... Pelenin unudulmaz karyerası

Dünyanın tanıdığı Pele... O, futbolu başqa ölçüyə daşıyan dahi idi. O, bütün dövrlərin ən yaxşı futbolçularından biri kimi tarixə düşdü.

Pele bütün karyerası ərzində 1281 qol vurub. O, qırılması çətin olan rekorda imza atıb. Topa hər toxunuşda fərqini göstərən Pele 23 oktyabr 1940-cı ildə Braziliyada anadan olub. 11 yaşında futbol istedadı üzə çıxana qədər ayaqqabı boyayan Pele 1956-cı ildə peşəkar debüt edib. İki il sonra, 17 yaşında millinin forması ilə dünya çempionatında iştirak edib.

O, ev sahibi İsveçə 2 qol vuraraq Braziliyanın qələbəsində mühüm rol oynayıb. Bu uğur ona dünya şöhrəti gətirib. 1970-ci ildə Meksikada keçirilən Dünya Kuboku televiziyada rəngli yayımlanan ilk kubok idi. Bu kubok Pelenin reputasiyasını daha da möhkəmləndirib. 1971-ci ildə Milli Komandadan ayrılana qədər Braziliya millisində 77 dəfə ümumilikdə 92 oyun keçirib. Karyerası ərzində 3 dəfə dünya çempionu olub və futbol tarixində çox xüsusi yeri var.

Futbol kralı, 1956-1974-cü illər arasında Sao Paulo komandası Santos FC-də oynayıb. Onu ilk kəşf edən şəxs Santos klubunun rəsmilərinə “Bu uşaq dünyada əfsanə olacaq”, deyib. Bu da oldu...

- Avropaya transfer ola bilmədim

O, Santos FC forması ilə 638 matçda 619 dəfə tora keçib. O, 1969-cu ildə mininci qolunu vurmaqla karyerasında mühüm səhifə açıb. Buna nail olmaq çox çətin idi. O, Braziliya Liqasında 11 dəfə bombardir olub. Həmin vaxt bir çox Avropa klubları Peleni transfer etmək istəyirdi. Lakin Braziliya hökuməti ulduz futbolçunu milli sərvət elan etdi və Pele karyerasının zirvəsində xaricə transfer edə bilmədi.

1974-cü ildə təqaüdə çıxdığını elan etsə də, 1975-ci ildə New York Cosmos komandasına keçdi. O, burada çıxış etdiyi 56 oyunda 31 qol vurub. O, 1977-ci ilə kimi bu komandada çıxış edib və həmin tarixdə yubileyini qeyd edib.

- O, 92 het-trik edib.

Pele karyerası ərzində 6 dəfə tək matçda 5 qol vurub. Bir matçda 30 dəfə 4 qol vuran əfsanəvi futbolçu 92 matçda het-trik edib. Pele karyerasının sonunda "ən yaxşı bombardir" tituluna sahib idi. O, FIFA Ballon d'Or mükafatını alan ilk şəxs olub. 1999-cu ildə Məhəmməd Əli və Maykl Cordan kimi əfsanələri geridə qoyaraq əsrin idmançısı seçilib. Futbol əfsanəsinin həyatı ilə bağlı ən maraqlı sorğulardan biri də Pelenin matçını izləmək üçün Nigeriya vətəndaş müharibəsində iki günlük atəşkəs elan etməsi olub.

Digər bir hadisədə isə Pele Braziliya Liqasında oynanılan matçdan qovulduqdan sonra azarkeşlər üsyan edərək hakimi çətin vəziyyətdə qoyublar. Bunun üzərinə Pele 15 dəqiqə sonra oyuna qayıdıb. Futbol tənqidçilərinə görə, Pele əla futbolçu idi. O, meydana çıxdığı hər matça fərqli bir ölçü gətirməyi bacardı və adını futbol dünyasında qızıl hərflərlə yazdırdı.

Həmçini Bunları da oxuyun