cümə axşamı 19 sentyabr 2024
Bu ilki iPhone 15-də istifadə ediləcək A17 Bionic prosessorunun nə ilə fərqlənəcəyi məlum olub
Bu ilki iPhone 15-də istifadə ediləcək A17 Bionic prosessorunun nə ilə fərqlənəcəyi məlum olub

iPhone-larda istifadə edilən Bionic prosessorlarının hazırlanması zamanı Apple şirkəti öz diqqətini performans göstəricilərinin yaxşılaşdırılmasına yönəldir. Lakin bu il vəziyyət dəyişə bilər. Belə ki, prosessor istehsalı ilə məşğul olan TSMC şirkətinin rəhbərinin sözlərinə inansaq, bu il şirkət A17 Bionic prosessorunda digər göstəriciyə daha böyük üstünlük verəcək.

Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə məlum oldu ki, TSMC şirkəti artıq 3 nanometrlik texnoloji prosesə keçid edir. Şirkətin rəhbəri olan Mark Liu-nun sözlərinə əsasən 5 nanometrlik texnoloji prosesdən fərqli olaraq prosessorların 3 nanometrlik texnoloji proses vasitəsilə hazırlanması çərçivəsində prosessorların performanslarını yaxşılaşdırmaq və enerji sərfiyyatlarını 35% aşağı salmaq mümkün olub.

Mütəxəssislərin fikirlərinə əsasən Apple bu ilki A17 Bionic-də əsas diqqəti məhz enerji effektivliyinə yönəldəcək. Bunun olacağı təqdirdə A17 Bionic-də performans göstəricilərinin diqqət çəkəcək dərəcədə yüksəlməsini gözləmək lazım deyil. Qeyd etmək lazımdır ki, TSMC Apple şirkətinin məhsullarının sahib olduqları prosessorlarının əsas istehsalçısıdır. Heç istisna deyil ki, Bionic prosessorları ilə yanaşı Apple kompüterlərində istifadə edilən M prosessorları da 3 nanometrlik texnoloji proses vasitəsilə hazırlanacaqlar.

Həmçini Bunları da oxuyun