cümə axşamı 19 sentyabr 2024
iPhone 15 modellərində Samsung imzası olacaq
iPhone 15 modellərində Samsung imzası olacaq

ABŞ və Çin arasında istehsal böhranı davam edərkən, bu vəziyyət texnologiya şirkətlərini əhəmiyyətli dərəcədə təsir etməyə başlayıb. Belə görünür ki, Apple bu prosesdə Çində satılan iPhone modelləri üçün RAM təchizatçısını dəyişməli olacaq. ABŞ-ın təzyiqindən sonra Apple Çin bazarı üçün istehsal olunacaq iPhone modellərində yerli təchizatçı YMTC əvəzinə Samsung-dan operativ yaddaş alacaq. Apple hələ Yangtse Memory Technologies Co (YMTC) şirkətindən RAM almayıb.

Apple iPhone-da istifadə üçün YMTC-dən 128 qatlı NAND çipləri almağı planlaşdırırdı. Micron və Samsung tərəfindən istehsal edilən variantlardan bir və ya iki nəsil geridə qalmasına baxmayaraq, çiplərin ən azı 20 faiz ucuz olması YMTC məhsullarını Apple üçün fərqləndirib. 2022-ci ilin oktyabrında Apple-ın YMTC-dən satın alma planlarını dayandırdığı xəbəri yayılıb. İndi, Apple-ın YMTC ilə planlarını "səssizcə dayandırdığı"Samsung Electronics-dən RAM almaq üçün danışıqlara başladığı bildirilib.

Samsung NAND çiplərinin 2023-cü ildə Çində satışa çıxarılacaq iPhone modellərindən başlayaraq təqdim ediləcəyi güman edilir. Bu o deməkdir ki, iPhone 15 seriyası üçün Samsung imzalı RAM-ları görəcəyik. Eyni zamanda, Apple-ın bu RAM-ları iPhone 14 istehsalına daxil etməsi mümkündür.

Bu, Samsung-un iPhone üçün komponentlər təqdim etdiyi ilk hal deyil. Daha əvvəl iPhone və iPad üçün prosessorlar təklif edən şirkət, son 20 ildə müxtəlif Apple modelləri üçün operativ yaddaş və iPhone 14 Pro üçün displeylər də istehsal edib. ABŞ administrasiyası milli təhlükəsizlik məsələlərinə görə Çin şirkətləri ilə təchizat zəncirini ləğv etməyi planlaşdırır. Bunun son nümunəsi Apple-ın təchizatçısı YMTC idi.

Həmçini Bunları da oxuyun