cümə axşamı 19 sentyabr 2024
Instagram təsisçilərindən yeni tətbiq: Artifact...
Instagram təsisçilərindən yeni tətbiq: Artifact...

Instagram təsisçiləri Kevin Sistrom və Mayk Kriger yeni proqramla geri qayıdırlar.

Bildirək ki, 2010-cu ildə Instagram-ı quran Kevin Sistrom Mayk Kriger 2012-ci ildə proqramı 1 milyard dollara Facebook-a satmışdılar. Daha sonra ikili 2018-ci ildə Facebook rəhbərliyi ilə bağlı problemlərə görə şirkəti tərk etmək qərarına gəlmişdi.

Şirkətdən ayrıldıqdan dörd ildən çox vaxt keçdikdən sonra təsisçilər yeni proqram üzərində işləyirlər. Məlumata görə, Artifact adlanan proqram süni intellektlə işləyən fərdiləşdirilmiş xəbər lenti təklif edir.

Tətbiqi hazırlamaq üçün bir ildən çox çalışdıqlarını bildirən Instagram qurucuları yaxın zamanda insanların tədricən tətbiqə daxil olmasına imkan verəcəklərini bildiriblər.

Nəzərinizə çatdıraq ki, Artifact maraqlara əsaslanan məzmun təklif edəcək və dostlarla müzakirəyə icazə verəcək. Əsas səhifədə əsas media orqanlarından tutmuş kiçik bloggerlərə qədər məşhur məqalələr nümayiş etdiriləcək.

Artifact rəqabəti:

“Instagram”ın uğurunu nəzərə alsaq, Kevin SistromMayk Kriqerin yeni layihəsi ilə bağlı gözləntilər böyükdür. İkilinin əvvəlki kimi uğur qazanıb-qazanmayacağı hər kəsdə maraq doğurur. Çünki xəbər oxuma sahəsində rəqabət böyükdür. Bu sahədə əsas rəqiblər isə “Flipboard”, “SmartNews”“Newsbreak”dir.

Xəbərlərin yayılmasına gəlincə, tətbiq “Meta” proqram ailəsi ilə yanaşı, “Apple News” və “Google News” ilə rəqabət apara bilər. Həmçinin, Z nəslinin bu günlərdə axtarış üçün “Google” əvəzinə, “TikTok” istifadə etdiyini nəzərə alsaq, “Artifact” xəbərlərin yayılmasında sosial şəbəkələrlə rəqabət aparacaq.

Həmçini Bunları da oxuyun