cümə axşamı 19 sentyabr 2024
Telefonunuzda olması gərəkən 5 proqram hansılardır?
Telefonunuzda olması gərəkən 5 proqram hansılardır?

Bu gün sizə telefonda işinizə yarayacaq 5 proqram seçdik. Bu proqramların hər biri istər gündəlik həyatınızda istərsə də, iş həyatınızda işinizə yarayacaq. Bu tətbiqləri həm İOS-da həm də Android-də istifadə edə bilərsiniz.

1. Motion Ninja
Bu tətbiq həm peşəkarlar, həm də həvəskarlar üçün pulsuz Video Effektlər və Hərəkət Dizayn Redaktoru Tətbiqidir.  Bu, asanlıqla yüksək keyfiyyətli animasiya və vizual effekt yaratmağa imkan verir.  Siz həmçinin 3D animasiya və yavaş hərəkət və ya sürətli redaktə ilə fan redaktələri yarada bilərsiniz.Hətta hərəkət qrafikası və film başlıqları da mümkündür.
Bu tətbiq vasitəsilə sosial şəbəkələrdən video, şəkil və səs yükləyə bilərsiniz.

2. SnapTube
Bu proqramı bəlkədə bir çoxlarınız tanıyır. Neçə illərdir rəqibləri sırasında qəttiyətlə öz mövqeyini qoruyub saxlayan “SnapTube” yenicə yenilənmiş versiyası ilə sizin qarşınızdadır.
Bu tətbiqlə youtube, whatsapp, instagram və s. müxtəlif tətbiqlərdən video, şəkil yükləyə biləcəyiniz çox əlverişli bir proqramdır. Bu proqram Həm də videoları mp3 səs formasında atmaq özəlliyinədə sahibdir. Proqramın dili sadədir, hər biriniz rahatlıqla istifadə edə bilərsiniz.

3. Truecaller
Sizə telefon kitabçanızdan kənarda axtarış etməyə, naməlum daxil olan zəngləri müəyyən etməyə, qəbul etmək istəmədiyiniz zəngləri bloklamağa və vaxt və yerə əsaslanaraq müvafiq əlaqə təklifləri verməyə imkan verir ki, düzgün əlaqə tapmaq üçün heç vaxt xidməti tərk etməyəsiniz.
Bundan əlavə telefonunuza naməlum nömrədən zəng gəldiyi zaman zəng edən şəxsin digər insanların telefonunda adının necə qeyd olunduğu anında sizin qarşınıza çıxır.  Çox sərfəli və isifadə etməyinizi tövsiyə etdiyimiz bir programdır.

4. TERABOX Cloud 
Telefonunun yaddaşı az olanlara şad xəbərimiz var. Sizə Terabox Cloud kömək edəcək. Telefonuzun yaddaşı azdır və bütün şəkillər , fayllar sığmırsa bu tətbiq sizə görədir. 
Tətbiq sizə 1024 gb boş yer verir. Siz bu boş yerə istədiyiniz qədər şəkil və video ata bilərsiniz. Həmin şəkilləri telefonun yaddaşından silərək yaddaşda boş yer aça bilərsiniz . Tətbiqi kilidə qoyub istədiyiniz vaxt şəkillərə baxa bilərsiniz.

5. Seeing Al 
Sonuncu tətbiqimiz isə Microsoft tərəfindən hazırlanmış əslində görmə qüsuru olan şəxslər üçün nəzərdə tutulan, amma hərkəsin istifadə edə biləcəyi bir proqramdır. Bu proqramın ekranına nə göstərsəniz onu sizin üçün oxuyacaq. Bəli, doğru oxudunuz, tətbiq göstərdiyiniz hər şeyi sizin üçün oxuyur, kitablardan tutmuş yol nişanlarında yazılan yazılara qədər hər şeyi bu proqramda oxuda bilərsiniz.
Tətbiqin içində fərqli bölümlər var və hər biri sizi çox təcübləndirəcək.

 

Həmçini Bunları da oxuyun