cümə axşamı 19 sentyabr 2024
Elon Musk Twitter ofisini yataq otağına çevirib
Elon Musk Twitter ofisini yataq otağına çevirib

Verdiyi hər qərarıla gündəmdə olan Elon Musk Twitter-i aldıqdan sonra işçilərinin daha çox işləməsi üçün səy göstərir. Şirkəti aldıqdan sonra Musk əvvəlcə uzaqdan işləməyi dayandırdı və bütün işçilərini ofise geri çağırdı. Göndərdiyi elektron məktubda işçilərinin daha iddialı olması lazım olduğunu bildirən iş adamı yeni maraqlı qərar verib.

İddialara görə, Musk Twitter-in San-Fransiskodakı baş ofisində işçilərinin yatması üçün yataq otağı yaradıb. Məlumata görə, işçilərdən bir neçəsi şirkətdəki çarpayı və yataq yerlərinin fotolarını paylaşıb. Həmçinin bildirilib ki, otaqlarda çarpayı, stul, xalça, pərdə və konfrans zalı ilə birləşdirilən monitorlar var.

İşçilərin şikayəti ilə səlahiyyətlilər binada ətraflı müayinə aparılacağını açıqlayıb. Mövzu ilə bağlı rəsmilərdən Patrik Hannan açıqlama verib. “Biz əmin olmalıyıq ki, bina təyinatı üzrə istifadə olunsun. Yaşayış yerləri, o cümlədən qısamüddətli istifadə üçün müxtəlif qaydalar var. Bu qaydalar binaların təhlükəsiz istifadəsini təmin edir. Heç kim qanundan üstün deyil”, -deyə bildirib.

Həmçinin, bir mənbə yataq otağının bir neçəsinin əsasən istifadə olunmayan mərtəbədə olduğunu söyləyib. Mənbə ofisin yataq otaqlarından birində zibil qutusunda tullantıların olduğunu və nəticədə işçinin bu obyektlərdən istifadə etdiyini bildirib.

İşçilər deyirlər ki, bu həftənin əvvəlindən ofisdə yataq otaqları hazırlanıb və bu, Muskın yeni iş əmrinin bir hissəsidir. Musk isə işçilərindən "uzun saatlar ərzində yüksək performans" gözləyir. Həmçinin, San Fransisko Tikinti Təftişi Departamenti məsələ ilə bağlı şikayət aldıqdan sonra araşdırmaya başladığını təsdiqləyib.

Həmçini Bunları da oxuyun