cümə axşamı 19 sentyabr 2024
iPhone 15 Pro smartfonları fiziki düymələrdən məhrum olacaq
iPhone 15 Pro smartfonları fiziki düymələrdən məhrum olacaq

Məşhur analitik Ming Chi-Kuo-nun fikrincə Apple şirkəti gələn ilki iPhone 15 Pro smartfonlarında fiziki düymələri sensorlu və vibrasiyalı düymələr ilə əvəzləyəcək. Söhbət, yandırıb/söndürmə və səsin tənzimlənməsi düymələrindən gedir. Analitik qeyd edib ki, konstruksiya baxımından həmin düymələr iPhone 7, iPhone 8 seriyasında və son iPhone SE modellərində istifadə edilmiş Home düyməsinə bənzəyəcək. Qeyd etmək lazımdır ki, sözügedən smartfonlarda istifadə edilmiş Home düyməsi Taptic Engine texnologiyası ilə təchiz olunub və həmin texnologiya düyməyə klikləməni imitasiya edərək vibrasiya şəklində istifadəçiyə geri dönüş edir.

iPhone 15 Pro smartfonlarında istifadə edilə biləcək sensorlu düymələr Mac kompüterlərində istifadə edilən sensorlu idarəetmə sahəsinə (trackpad) də bənzəyə bilər. Bunun üçün müasir iPhone modellərində istifadə edilən Taptic Engine modullarından sayca daha artığı lazım olacaq. Əlavə modullar smartfonların daxilində yuxarı sağ və sol hissələrdə yerləşə bilərlər. Bəzi məlumatlara əsasən Apple buna bənzər bir şeyi artıq öz smart saatlarında reallaşdırmağı planlaşdırırdı. Bu barədə məlumatlar hələ 2018-ci ildə ortaya çıxmışdı. Lakin nəticədə bu cür smart saatlar təqdim olunmadı.

`Sözügedən gövdə konstruksiyasının iPhone 15 Pro modellərinə hansı üstünlükləri verə biləcəyi bilinmir. Lakin məlum olan odur ki, əlavə Taptic Engine modulları smartfonların konstruksiyalarını qəlizləşdirə bilər. Ming Chi-Kuo-nun sözlərinə əsasən sensorlu düymələrə və USB Type-C girişinə keçid növbəti iPhone Pro modellərində reallaşdırılacaq iki əsas yenilik olacaq. Kuo-nun proqnozları çox zaman reallaşsa da, iPhone 15 seriyasının təqdimatına hələ 1 il vaxt var və bu müddət ərzində çox şey dəyişə bilər.

Həmçini Bunları da oxuyun