cümə axşamı 19 sentyabr 2024
Mark Zukerberq: "WhatsApp iMessage-dan daha təhlükəsizdir"
Mark Zukerberq: "WhatsApp iMessage-dan daha təhlükəsizdir"

Meta şirkətinin rəhbəri Mark Zukerberq deyir ki, WhatsApp Apple-ın mesajlaşma xidməti iMessage-dən daha etibarlıdır.

Keçən ilin fevral ayında elan edilən yeni məxfilik müqaviləsi ilə "WhatsApp"ın məlumatları Facebook ilə paylaşacağı geniş müzakirə olundu. Son vaxtlar "WhatsApp"da məxfiliklə bağlı narahatlıqların artması ilə "Meta"nın baş direktoru Mark Zukerberq öz tətbiqini müdafiə etdi.

"WhatsApp iMessage-dan daha təhlükəsizdir", -deyə "Meta" şirkətinin rəhbəri Mark Zukerberq bildirib. "WhatsApp" Apple-ın mesajlaşma xidməti iMessage-dən daha etibarlıdır.

Zukerberq WhatsApp-ın başdan sona şifrələməsi sayəsində məxfiliyin iMessage-dan daha yaxşı olduğunu irəli sürüb. 

Keçən il başdan sona şifrələmə xüsusiyyətinin hətta söhbət ehtiyat nüsxələrinə də gəldiyini xatırladan Zukerberq, bu xüsusiyyətin hələ də iMessage-də olmadığını bildirib.

Diqqətinizə çatdıraq ki, bu yaxınlarda Telegram-ın baş direktoru Pavel Durov bildirmişdi ki, WhatsApp 13 ildir insanlar üzərində casusluq edir.

Həmçini Bunları da oxuyun